"SABAH", qələbəsindən – VİDEO+FOTOREPORTAJ

6 Mart 2023 02:40 Sabah 517
"SABAH", qələbəsindən – VİDEO+FOTOREPORTAJ

Azərbaycan Premyer Liqasında XXV turun daha bir oyunu keçirilib.

Sportinfo.az xəbər verir ki, "Sabah" Masazırda "Kəpəz"i qəbul edib.

Qarşılaşma meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə bitib. 40-cı dəqiqədə Aleksey İsayev 90+4-cü dəqiqədə isə Anatoli Nuriyev fərqlənib.

17-ci dəqiqədə qonaqların heyətində Abdullahi Şuaybu qırmızı vərəqə alaraq meydandan qovulub. 90+6-cı dəqiqədə "Sabah"dan Anatoli Nuriyev ikinci sarı vərəqəni görərək eyni aqibəti yaşayıb.

Bu nəticədən sonra xallarının sayını 56-ya çatdıran "Sabah" ikinci pillədə qərarlaşıb. Gəncə təmsilçisi 20 xalla səkkizinci sıradadır.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti