“Fövqəladə bir şey baş verməyib.
“Qarabağ” kifayət qədər irəliləyib, amma “Neftçi”ylə 5 xal fərqimiz var”.
“Sabah”ın müdafiəçisi Bəxtiyar Həsənalızadə Sportinfo.az-a açıqlamasında komandasının Premyer Liqanın turnir cədvəlindəki mövqeyi haqda danışıb.
Bir müddət öncəyə qədər ikinci sıradakı mövqeyini bərkidən və lider “Qarabağ”la xal fərqi 5-ə endirən “tələbələr” son 2 turu məğlubiyyətlə tamamlamaqla işini çətinə saldı.
“Sabah” əsas rəqibi “Neftçi”dən 8 xal fərqi ilə öndə olsa da, artıq bu fərq 4-ə düşüb. Bu gedişlə vəziyyətin də pisləşəcəyi və gümüş medallara vəsiqə verən yerin əldən çıxacağı inandırıcı görünür.
Bəxtiyar turnir cədvəlindəki sıralamadan qəti narahat deyil:
“Bütün komandalar xallar itirir. “Neftçi”nin məğlubiyyətləri var, “Qarabağ” məğlub olmasa belə, neçə oyunda heç-heçə edib.
İki oyunu uduzmağımız o demək deyil ki, bundan sonra bu cür davam edəcək və ikinci pilləni əldən verəcəyik.
Yaxşı komandamız, səviyyəli futbolçularımız, bacarıqlı baş məşqçimiz var. Səhvlərimizi gözdən keçirməklə yolumuza davam edəcəyik”.
Bəxtiyar Həsənalızadə cari Premyer Liqa mövsümündə 12 oyunda meydana çıxmaqla 1 qola imza atıb.
HƏBİB

