"Sabah" variantı diqqətimi çəkdi, təklif gözlənilməz oldu"

26 Fevral 2023 20:20 Sabah 842
"Sabah" variantı diqqətimi çəkdi, təklif gözlənilməz oldu"

"Təklif gözlənilməz oldu"

Sportinfo.az xəbər verir ki, bu sözlər qış fasiləsində "Sabah"dan ayrılan Aleksandr Neçayevə aiddir.

Masazır təmsilçisi 28 yaşlı qolkiperlə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verib.

"Tələbələr"lə 2022-ci ilin yanvarında 1,5 illik müqavilə imzalamış kiper karyerasını ölkəsi Belarusda davam etdirəcək.

Cari mövsümün ilk yarısında heç bir oyunda iştirak etməyən 29 yaşlı Neçayev “Minsk” ilə müqavilə imzalayıb. Belarusun gənclər millisinin sabiq üzvü 1 illik kontrakt bağlayıb.

Onun sözlərinə görə, Azərbaycandan təklif gələnə qədər karyerasını Türkiyədə davam etdirmək imkanı olub:

"Amma həmin vaxtla "Rux"la müqaviləm olduğundan, Bosfor və Çanaqqala sahillərinə köçmək baş tutmadı.

Daha sonra "Sabah" variantı diqqətimi çəkdi. Çünki artıq "Rux"la yeni müqavilənin şərtlərini razılaşdırmışdıq.

Bir neçə günə sözləşmə imzalamalı idim. Qəfildən üfüqdə Bakı klubu ilə bağlı variant göründü".

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti