Ötən tur doğma meydanda gözlənilmədən “Turan Tovuz”a məğlub olaraq (0:2) şok yaşayan “Sabah” bölgə səfərinə çıxıb.
“Tələbələr”in budəfəki rəqibi “Şamaxı”dır.
Masazır təmsilçisi aldığı yaranı saöğaltmamış növbəti zərbə ilə üzləşib.
Belə ki, “Şamaxı” ilə oyunda komandanın iki vacib futbolçusu iştirak edə bilməyəcək. Bunlar kapitan Elvin Camalovla əsas heyətin dəyişməz üzvü Boyan Letiçdir.
Hər iki oyunçu “Turan Tovuz”la qarşılaşmada sarı vərəqə limitini dolduraraq cəzalı duruma düşüb.
Tovuzlularla oyunda buraxılan hər 2 qolda kobud səhvə yol verən Abdulaye Banın görüşdən sonra baş məşqçi ilə problem yaşadığı deyilir. Belədirsə, Banın da “11-lik”də yer alacağı inandırıcı görünmür.
Yeri gəlmişkən, baş məşqçi Murad Musayev də texniki zonada yer ala bilməyəcək. Ötən matçda qırmızı vərəqə aldığı üçün.
Fevralın 25-də keçiriləcək “Şamaxı” – “Sabah” oyunu 14:30-da başlayacaq.
HƏBİB / SPORTİNFO.AZ

