Azərbaycanda baş məşqçinin qovulmasına səbəb olan QALMAQALLI OLAY - VİDEO

21 Fevral 2023 15:00 Sabah 1 914
Azərbaycanda baş məşqçinin qovulmasına səbəb olan QALMAQALLI OLAY - VİDEO

Premyer Liqanın 23-cü turunun "Sabah" - "Turan Tovuz" matçında ara qarışıb.

Masazır təmsilçisinin baş məşqçisi Murad Musayev baş hakim Kamal Umudlunun təyin etdiyi penalti qərarına səssiz qalmayıb.

Referi 35-ci dəqiqədə cibindən qırmızı vərəqə çıxarıb və bundan sonra Musayev onun üzərinə gedib.

O, texniki zonadan qovulduğu zaman dördüncü hakimə də öz narazılığını bildirib. Rusiyalı çalışdırıcını çətinliklə sakitləşdirmək mümkün olub.

"Turan Tovuz" un hücumçusu Ayxan Quseynov isə təyin olunan penaltidən yararlana bilməyib. O, topu qapının üstündən vurub.

Penalti epizod günlərdir sosial şəbəkələrdə geniş müzakirə olunur. Burada qonaqların forvardı Natan Oduva iki dəfə diqqət mərkəzinə düşüb.

İngiltərəli legionerin öncə Amin Seydiyevin dizinə zərbə endirməsi barədə iddialar var. Elvin Camalovun əlinə dəyən topun penalti kimi qiymətləndirilməsi də mübahisəyə açıqdır.

Təqdim etdiyimiz kadrdan görünür ki, ev sahiblərinin kapitanı zərbə anında qolunu büküb və sinəsinə sıxıb.

SPORTİNFO.AZ

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN:

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti