“Sabah” millinin yarımmüdafiəçisi ilə 2 illik anlaşdı

11 May 2022 17:40 Sabah 1 591
“Sabah” millinin yarımmüdafiəçisi ilə 2 illik anlaşdı

Millinin yarımmüdafiəçisi Tellur Mütəllimovun gələn mövsümə hansı klubda başlayacağı dəqiqləşib.

Son 2 sezonu “Sumqayıt”da keçirən cinah oyunçusu “Sabah”la müqavilə şərtlərini razılaşdırıb.

“Kimyaçılar”ın yeni kontrakt təklifini bəyənməyən, “Səbail”lə apardığı danışıqları dayandıran vinger Masazır təmsilçisi ilə 2 illik anlaşıb.

O, buarada aylıq 10-12 min manat civarında əməkhaqqı alacaq. Tellurun "Sumqayıt”da mavacibinin 8000 manat olmasını da xatırladaq.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti