"Sabah" canlı yayım istədi, amma problemlə qarşılaşdı

20 İyul 2021 22:20 Sabah 727
"Sabah" canlı yayım istədi, amma problemlə qarşılaşdı

"Sabah" yeni mövsümə hazırlıqları Gürcüstanda davam etdirir.

Təmsilçimiz qonşu ölkədəki təlim-məşq toplanışı çərçivəsində bu gün ilk yoxlama görüşünü yerli "Şukura" komandasına qarşı keçirib.

Oyun "Sabah"ın 1-0 hesablı qələbəsi ilə başa çatıb.

Adətən yoldaşlıq görüşlərini yutub kanalı vasitəsilə canlı yayımlayan Masazır təmsilçisindən bu dəfə eyni şeyi görmədik.

Məsələ ilə bağlı klubun mətbuat xidmətinin rəhbəri Sportinfo.az-a bunları dedi:" İlk oyun canlı yayımlanmadı. Təəssüf ki, yayım üçün lazımi şərait yoxdur. Qarşıdakı oyunları canlı yayımlamağa çalışacağıq".

"Sabah" təlim-məşq toplanışı çərçivəsində növbəti oyunlarını 23 iyul "Samqurali", 28 iyul isə "Saburtalo" komandalarına qarşı keçirəcək.

Digər Xəbərlər
Xəbər Lenti