Rebrov Azərbaycan klubuna lazım olmayan məşqçiləri özünə köməkçi götürdü

19 İyul 2021 22:40 Sabah 1 858
Rebrov Azərbaycan klubuna lazım olmayan məşqçiləri özünə köməkçi götürdü

Ötən mövsüm “Sabah”da baş məşqçi kimi fəaliyyət göstərmiş Visente Qomes mövsümün bitməsinə az qalmış komandadan göndərilmişdi.

Sportinfo.az xəbər verir ki, ispaniyalı məşqçinin işsiz günləri az çəkib.

49 yaşlı mütəxəssis BƏƏ-yə yollanıb. O, bu ölkənin “Əl-Əyn” klubu ilə anlaşıb.

Komandanın ukraynalı baş məşqçisi Sergey Rebrov Visenteni özünə köməkçi kimi komandaya dəvət edib.

“Sabah”da işləmiş digər məşqçi – Xesus Pinedo isə ərəb klubunda fiziki hazırlıq üzrə məşqçi təyin edilib.

Bəhlul Mustafazadə bir neçə gün əvvəl “Sabah”dan “Əl-Əyn”ə transfer olub.

Digər Xəbərlər
Xəbər Lenti