“Sabah”dan xəbər gəldi: “Elə də çox legioner götürməyəcəyik”

19 İyul 2021 17:40 Sabah 619
“Sabah”dan xəbər gəldi: “Elə də çox legioner götürməyəcəyik”

“Sabah” qarşıdakı günlərdə yeni transferləri reallaşdıracaq.

Bu barədə Sportinfo.az-a klubun baş icraçı direktoru Ramin Həsənov bildirib.

Onun sözlərinə görə, komandanın gücləndirilməsi istiqamətində addımlar atılır: “Axtarışlarımız davam edir. Amma ötən illərlə müqayisə etsək, elə də çox legioner götürməyəcəyik.

2-3 transfer? Burada əsas odur ki, baş məşqçinin istəyinə, onun oyun fəlsəfəsinə uyğun olsun. Kimlər uyğun gəlsə, onları da komandaya cəlb edəcəyik”.

“Sabah” bu yay 4 yeni futbolçu gətirib ki, onların ikisi yerli, ikisi də legionerdir: Elvin Camalov ("Zirə"), Səlahət Ağayev ("Neftçi"), Xuan Kamara ("Yagelloniya", Polşa: icarəyə), Coy-Lens Mikels (“Maastrixt”, Niderland).

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"