“Sabah”ın fitnesi - VİDEO

17 İyul 2021 14:20 Sabah 669
“Sabah”ın fitnesi - VİDEO

Gürcüstanın Tiflis şəhərində təlim-məşq toplanışında olan “Sabah” növbəti mövsümə hazırlığı davam etdirir.

Sportinfo.az xəbər verir ki, komanda fitnes zalında növbəti məşqinə çıxıb.

Futbolçular müxtəlif fiziki təmrinləri yerinə yetiriblər. Daha sonra “Zestafoni” təlim-məşq bazasında komandanın daha bir məşqi baş tutub.

“Sabah” Gürcüstan toplanışında 3 yoxlama oyununda qüvvəsini sınayacaq. Komanda iyulun 20-də “Şukura”, iyulun 23-də “Samqurali”, iyulun 28-də isə “Saburtalo” ilə qarşılaşacaq. Komanda iyulun 29-da vətənə qayıdacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti