"Sabah"da iki transfer birdən - SON DƏQİQƏ

17 İyul 2021 09:40 Sabah 2 119
"Sabah"da iki transfer birdən - SON DƏQİQƏ

Yeni mövsümə hazırlıqları Gürcüstanda davam etdirən "Sabah" transfer çalışmalarını da unutmur.

Sportinfo.az-ın əldə etdiyi məlumata görə, Masazır təmsilçisi yaxın günlərdə iki yeni legionerlə güclənəcək.

Adlarını hələ dəqiqləşdirə bilmədiyimiz yeni transferlərin hər ikisi də ispaniyalıdır. Biri müdafiə, digəri isə 10 nömrə mövqeyində çıxış edir.

Hər iki futbolçu ilə danışıqlar yekunlaşmaq üzrədir. Çox qısa müddətdə müqavilənin imzalanması və ictimaiyyətə açıqlanması planlaşdırılır.

Masazır təmsilçisi yay tranfser bazarının geridə qalan günlərində Elvin Camalov ("Zirə"), Səlahət Ağayev ("Neftçi"), Xuan Kamara ("Yagelloniya", Polşa: icarəyə) və Coy-Lens Mikelsi (“Maastrixt”, Niderland) sıralarına qatıb.

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda