"Sabah" onları seçdi

16 İyul 2021 21:20 Sabah 580
"Sabah" onları seçdi

“Sabah”ın Tbilisi toplanışı çərçivəsində qarşılaşacağı rəqiblər bəlli olub.

Sportinfo.az klubun rəsmi saytına istinadən xəbər verir ki, komanda Gürcüstanda yerli klublarla qüvvəsini sınayacaq.

İlk rəqib “Şukura” olacaq. Kobuleti təmsilçisi ilə qarşılaşma iyulun 20-də keçiriləcək.

Ramin Quliyevin komandası növbəti oyununu iyulun 23-də “Samqurali”yə qarşı keçirəcək. “Sabah” Tbilisi toplanışında son matçında “Saburtalo” ilə üz-üzə gələcək. Görüş iyulun 28-də olacaq.

"Sabah" Gürcüstan paytaxtına bu gün yola düşəcək. “Ağ-göylər” Bakıya iyulun 29-da qayıdacaq.

Digər Xəbərlər
Xəbər Lenti