Azərbaycan millisinin müdafiəçisi “Sabah”dan getdi

16 İyul 2021 13:40 Sabah 1 387
Azərbaycan millisinin müdafiəçisi “Sabah”dan getdi

Azərbaycan millisinin müdafiəçisi Bəhlul Mustafazadə “Sabah”dan ayrılıb.

Sportinfo.az-ın məlumatına görə, müdafiəçi karyerasını ölkə xaricində davam etdirəcək.

“Qəbələ”nin yetirməsinin Masazır klubu ilə müqaviləsi gələn ilin yayında bitəcək. “Sabah” onu müəyyən təzminat qarşılığında buraxmağa razılıq verib.

Bu ilin yanvarında Danimarkadan "Veyle" Bəhlul Mustafazadə üçün "Sabah"a təklif göndərmişdi. Sonradan transfer hüququnu almaq şərtilə onu 6 aylıq icarəyə götürmək istəmişdilər.

Lakin klub 24 yaşlı müdafiəçi ilə həmin vaxt vidalaşmaq variantını geri çevirmişdi.

Digər Xəbərlər
Xəbər Lenti