Azərbaycan klubu İspaniyadan məşqçi gətirdi

16 İyul 2021 01:10 Sabah 1 773
Azərbaycan klubu İspaniyadan məşqçi gətirdi

“Sabah”da yeni məşqçi təyinatı reallaşıb.

Sportinfo.az xəbər verir ki, paytaxt klubu ispaniyalı fiziki hazırlıq üzrə məşqçi David Madurqa Dieslə müqavilə bağlayıb.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Madurqa məşqçi karyerası ərzində İspaniyanın “Saraqosa” (2006-2018), “Konkense” (2018/19), “Deportivo San Fernando” (2019/20) və “El Exido” (2020/21) klublarında çalışıb.

İspaniyalı mütəxəssis UEFA-nın PRO kateqoriyasına malikdir.

Digər Xəbərlər
Xəbər Lenti
1 Sentyabr 17:10 Çək və bizə göndər!