“Sabah”dan ikinci… Masazırdan FOTOREPORTAJ

14 İyul 2021 10:40 Sabah 590
“Sabah”dan ikinci… Masazırdan FOTOREPORTAJ

“Sabah” yoxlama oyunu keçirib.

Sportinfo.az xəbər verir ki, Ramin Quliyevin rəhbərlik etdiyi kollektiv “Keşlə” ilə qarşılaşıb.

“Bank Respublika Arena”da keçirilən görüşdə qapılara üç qol vurulub. Yekunda “Keşlə” meydandan qələbə ilə ayrılıb.

“Keşlə”nin heyətində Rəhman Hacıyevlə Azər Salahlı fərqlənib. “Sabah”ın təsəlli qoluna isə Slavik Alxasov imza atıb.

Bundan öncə “Sabah” yeni mövsümə hazırlıq çərçivəsində 1 yoxlama oyunu keçirmişdi. Ramin Quliyevin rəhbərlik etdiyi kollektiv “Zirə” ilə qolsuz bərabərə qalmışdı.

“Keşlə” isə buna qədər 2 yoxlama oyunu keçirmişdi. “Qarabağ”a 0:7 hesabıyla uduzan bakılılar “Səbail”lə heç-heçə etmişdi – 1:1.

“Sabah”ın start heyəti: Səlahət Ağayev, Amin Seydiyev, Bəxtiyar Həsənalızadə, Zurab Oçiqava, Elvin Camalov, Coşqun Diniyev, Ozan Can Kökcü, Aleksey İsayev, Veysəl Rzayev, Slavik Alxasov, Camal Cəfərov.

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!