“Sabah” daha bir neçə TRANSFER XƏBƏRİNİ ANONS ETDİ

12 İyul 2021 21:00 Sabah 1 581
“Sabah” daha bir neçə TRANSFER XƏBƏRİNİ ANONS ETDİ

Son həftələrdə transfer bazarında fəalliğı artıran “Sabah” qarşıdakı günlərdə heyətini daha da gücləndirəcək.

Bu barədə Sportinfo.az-a klubun mətbuat xidmətinin rəhbəri Elnur Həmidov məlumat verib.

Sitat: “Transfer çalışmalarımız davam edir. Heyətdə ehtiyac olan mövqelər üzrə axtarışlar gedir.

Bu istiqamətdə hər hansı yenilik olsa, ictimaiyyətə məlumat veriləcək. Transferlər həyata keçirilərkən ilk növbədə onun komandaya hansı dərəcədə faydalı olması nəzərə alınır.

O ki qaldı məbləğə, əlbəttə, bütün keçidlər həyata keçiriləndə büdcə nəzərə alınır.

Hər yerdə olduğu kimi, bizdə də klubun hədəflərinə və maliyyə imkanlarına uyğun futbolçularla anlaşma əldə olunur”.

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"