“Sabah”a gəldiyimə görə xoşbəxtəm, bura mənim üçün…“

11 İyul 2021 12:40 Sabah 869
“Sabah”a gəldiyimə görə xoşbəxtəm, bura mənim üçün…“

“Sabah”ın yeni transferi Coy-Lens Mikels açıqlama verib.

Sportinfo.az xəbər verir ki, klubun saytına danışan almaniyalı hücumçu keçidi barədə danışıb:

“Sabah”a gəldiyimə görə xoşbəxtəm. Bura mənim üçün yeni çağırış, yeni təcrübədir.

Əlimdən gələni edəcəm ki, mənə olan inamı doğruldum və komandamın uğurlarında əsas pay sahiblərindən olum.

Əsas məqsədim “Sabah”la xüsusi bir şeylər yaratmaq və mümkün olduqca çox uğur qazamaqdır. İrəli, “Sabah”!”

27 yaşlı forvardla 2 illik müqavilə imzalanıb. O, yeni komandasında 20 nömrəli formanı geyinəcək.

Mikels karyerası ərzində ölkəsində "Borussiya" (Mönhenqladbax) və "Şalke"nin ikinci komandalarında, eləcə də "Alemanniya", "Vakker 90", "Karl Tseyss"də çıxış edib.

Son klubu olan "Maastrixt"də 27 oyuna 7 qol vurub. Konqo əsilli sol cinah oyunçusu “Sabah”a azad agent kimi keçib.

Digər Xəbərlər
Xəbər Lenti