SON: “Borussiya”nın yetirməsi “Sabah”la müqavilə imzaladı - VİDEOLAR+FOTOLAR

10 İyul 2021 13:40 Sabah 1 441
SON: “Borussiya”nın yetirməsi “Sabah”la müqavilə imzaladı - VİDEOLAR+FOTOLAR

“Sabah” heyətini yeni legionerlə gücləndirib. Premyer Liqa təmsilçisi Coy-Lens Mikelsi transfer edib.

Sportinfo.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Niderland "Maastrixt"indən almaniyalı hücumameylli yarımmüdafiəçi Coy-Lans Mikelsi transfer edilib.

27 yaşlı forvardla 2 illik müqavilə imzalanıb. O, yeni komandasında 20 nömrəli formanı geyinəcək.

Mikels karyerası ərzində ölkəsində "Borussiya" (Mönhenqladbax) və "Şalke"nin ikinci komandalarında, eləcə də "Alemanniya", "Vakker 90", "Karl Tseyss"də çıxış edib. Son klubu olan "Maastrixt"də 27 oyuna 7 qol vurub.

Konqo əsilli sol cinah oyunçusu “Sabah”a azad agent kimi keçib. Onunla bağlı videoları təqdim edirik:

Digər Xəbərlər
Xəbər Lenti