"Sabah"ın təklifi mənə daha isti gəldi və razılıq verdim"

10 İyul 2021 11:20 Sabah 985
"Sabah"ın təklifi mənə daha isti gəldi və razılıq verdim"

"Zirə” ilə 2 illik müqaviləm bitdi. Klubla, rəhbərliklə xoş şəkildə yollarımızı ayırdıq. Gələn təkliflər arasında “Sabah” variantı mənə daha isti gəldi və razılıq verdim".

Bu sözləri Sportinfo.az-a açıqlamasında "Sabah"ın yeni transferi Elvin Camalov deyib.

Yarımmüdafiəçi ona olan ümidləri doğrultmağa çalışacağını bildirib:

"İnşaAllah bu ildən etibarən “Sabah”ın uğurları üçün çalışacam. Mənə inandıqları və komandada görmək istədikləri üçün baş meşqçimiz Ramin müəllimə və “Sabah” rəhbərliyinə təşəkkür edirəm. Mən də çalışacam onların etmadını doğruldum".

Millimizin də üzvü olan yarımmüdafiəçi davam edən təlim-məşq toplanışı və gələcək hədəflərindən də danışıb:

"Hazırlığımıza ayın 1-dən başlamışıq. Hər şey qaydasındadır. Həm fiziki, həm də toplu çalışmalarımızı davam etdiririk. Növbəti mövsümə ən yaxşı şəkildə hazırlaşırıq.

“Sabah” ildən-ilə inkişaf edən komandadır, mən də bu kamandaya daha da inkişaf etmək və yeni uğurlar qazanmaq üçün gəlmişəm

İnanıram ki, baş məşqçimiz Ramin müəllimin rəhbərliyi altında yeni uğurlar qazanacağıq".

Digər Xəbərlər
Xəbər Lenti