“Sabah”a gələn Ispaniya yığmasının üzvü: “Səbirsizlənirəm” - VİDEO+FOTOLAR

8 İyul 2021 14:40 Sabah 1 673
“Sabah”a gələn Ispaniya yığmasının üzvü: “Səbirsizlənirəm” - VİDEO+FOTOLAR

"Sabah"ın yeni transferi Xuan Kamara keçidi ilə bağlı təəssüratlarını bölüşüb.

Sportinfo.az xəbər verir ki, 27 yaşlı yarımmüdafiəçi klubun saytına açıqlamasında komanda ilə məşqlərə başlamaq üçün səbirsizləndiyini deyib:

“Bura gəldikdən sonra gördüklərimə əsasən ilkin təəssüratlarım möhtəşəmdir. Bu gün yeni komanda yoldaşlarımla tanış olacam.

Komandaya qoşulmaq, məşqlərə başlamaq üçün səbirsizlənirəm. Yeni mövsümün bizim üçün möhtəşəm olmasını istəyirəm”.

İspaniyalı vinger Polşanın “Yagelloniya” klubundan bir illik icarəyə götürülüb. Yeni transfer “Sabah”da 17 nömrəli formada çıxış edəcək.

Kamara karyerası ərzində İspaniyanın “Vilyarreal B” (2012-2014), “Barselona B” (2014-2016), “Barselona” (2015-2016), “Jirona” (2016/2017), “Reus Deportiu” (2017/2018), Polşanın “Medz Leqnitsa” (2018/2019), “Yagelloniya” (2019-2020), Rumıniyanın “Dinamo” (Buxarest, 2020) və “Universitatya Krayova” (2021) klublarında çıxış edib. Xuan 5 oyunda İspaniya U-17 millisinin də şərəfini qoruyub.

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"