Sabiq "Barselona"lı rəsmən "Sabah"da - VİDEO

8 İyul 2021 10:00 Sabah 681
Sabiq "Barselona"lı rəsmən "Sabah"da - VİDEO

“Sabah” yeni transferini təqdim edib.

Sportinfo.az xəbər verir ki, Bakı təmsilçisi ispaniyalı yarımmüdafiəçi Xuan Kamaranın keçidini "Feysbuk" və "Youtube" kanalı vasitəsilə açıqlayıb. Müqavilənin detalları barədə məlumat verilməyib.

“Barselona”nın sabiq futbolçusu yeni klubunda17 nömrəli forma ilə çıxış edəcək.

Qeyd edək ki, X.Kamara “Sabah”a “Yagelloniya”dan (Polşa) keçib. O, ötən mövsümün ikinci hissəsini icarə əsasında "Universitatya"da (Rumıniya) oynayıb.

Xatırladaq ki, X.Kamara 2014-2018-ci illərdə "Barselona"ya məxsus olub. 27 yaşlı oyunçu 2014-2016-cı illərdə klubun B komandasında çıxış edib.

Digər Xəbərlər
Xəbər Lenti