"Ramil Şeydayevin qərarına hörmət edirəm"

8 İyul 2021 09:40 Sabah 910
"Ramil Şeydayevin qərarına hörmət edirəm"

"Hazırlığımız planlaşdırdığımız kimi gedir. Komanda ayın 1-də toplaşıb. Ayın 14-ə kimi Bakıda hazırlıqlarımızı davam etdirəcəyik. Bu müddətdə ayın 9-da “Zirə”, 13-də isə “Keşlə” ilə yoxlama oyununda qüvvəmizi sınayacağıq. İyulun 15-də Gürcüstana yola düşəcəyik. Yay hazırlığımızın ikinci mərhələsini bu ölkənin Tbilisi şəhərində keçəcəyik. Burda daha 4 yoxlama oyunu keçirməyi planlaşdırırıq".

Bu sözləri Sportinfo.az-a təlim-məşq toplanışından danışan "Sabah"ın baş məşqçisi Ramin Quliyev deyib.

Gənc mütəxəssis ölkə xaricində keçəcəkləri toplanış üçün məkan olaraq Gürcüstanı seçmələrini belə əsaslandırıb: "Bəli, bayaq qeyd etdiyim kimi hazırlıq planının ikinci mərhələsi Gürcüstanda baş tutacaq. Fikrimcə, Tbilisidə təlim-məşq toplanışı keçmək üçün hər cür şərait var. Rəqib məsələsində də problem olmayacaq. Həm şərait, həm də oyun baxımından heç bir problem olmadığına görə Gürcüstan variantına üstünlük verdik".

Quliyev Ramil Şeydayevin komandadan ayrılmasına da münasibət bildirib: "Ramil Şeydayev həm yaxşı insan, həm də yaxşı futbolçudur. Deyərdim ki, ölkənin ən yaxşı hücumçularındandır. Ramilin bizimlə müqavilə müddəti bitmişdi. Bu, onun qərarıdı, hörmət edirəm. Şeydayevə gələcək karyerasında uğurlar arzulayıram. O ki qaldı onun gedişinin komandaya təsirinə, yayda təkcə Ramil yox, bir neçə futbolçu komandadan ayrıldı. Onların gedişi ilə yaranmış boşluğu doldurmaq üçün transfer çalışmalarımız davam edir".

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!