Azərbaycan klubundan səs-küy yaradan transfer - VİDEOLAR

7 İyul 2021 21:20 Sabah 1 567
Azərbaycan klubundan səs-küy yaradan transfer - VİDEOLAR

"Sabah" heyətini yeni futbolçu ilə gücləndirir.

Masazır təmsilçisi bir zamanlar "Barselona"da forma geyinmiş Xuan Kamaranı heyətinə qatıb.

Klubun rəsmi "facebbok" səhifəsi "Sabaha saxladıq" başlıqlı paylaşımı ilə transferə işarə edib.

27 yaşlı yarımmüdafiəçi müqavilə ilə Polşanın "Yaqelloniya" klubuna məxsusdur.

O, son mövsümü icarə əsasında Rumıniyada - "Universtatya Krayova"da keçirib. Bu klubdan əvvəl isə Buxarest “Dinamo”sunda 6 ay çıxış edib, 12 oyuna 2 qol vurub.

Kamara "Vilyarreal"ın yetirməsidir. 2016-cı ildə "Barselona"ya keçən vinger Kataloniya təmsilçisinin B komandasında 61 oyunda 12 qol vurub.

O, "Barsa"nın əsas komandasında (2016 - 2018-ci illər) rəsmi oyunlarda forma şansı əldə etməyib.

Sportinfo.az ispaniyalı futbolçunun oyunlarından hazırlanmış videoları təqdim edir:

Digər Xəbərlər
Xəbər Lenti