“Sabah” sabiq "Barselona"lı futbolçunu Azərbaycana gətirdi

7 İyul 2021 14:20 Sabah 2 247
“Sabah” sabiq "Barselona"lı futbolçunu Azərbaycana gətirdi

"Sabah" "Barselona" nın sabiq futbolçusu Xuan Kamaranı heyətinə qatır.

Sportinfo.az xəbər verir ki, paytaxt təmsilçisi bu barədə rəsmi feysbuk hesabından paylaşım edib.

Klub 27 yaşlı yarımmüdafiəçinin Lionel Messi, Luis Suares və Arda Turanla fotosunu paylaşıb.

Müqavilə ilə Polşa "Yagelloniya"sına məxsus olan ispaniyalı oyunçunun icarə əsasında Azərbaycan təmsilçisində çıxış edəcəyi gözlənilir.

Xuan Kamara 2014 - 2016-cı illərdə "Barselona"nın əvəzedici, 2016 - 2018-ci illərdə isə əsas komandasında çıxış edib.

Digər Xəbərlər
Xəbər Lenti