"Sabah": "İlkin razılıq əldə olunub"

6 İyul 2021 20:20 Sabah 1 379
"Sabah": "İlkin razılıq əldə olunub"

"Gürcüstanda 4 yoxlama oyunu keçirmək nəzərdə tutulub".

Bunu Sportinfo.az-a açıqlamasında "Sabah"ın Gücüstanda keçəcəyi təlim-məşq toplanışından danışan komandanın mətbuat xidmətinin rəhbəri Elnur Həmidov deyib.

Klub rəsmisi artıq iki rəqibin adına böyük ölçüdə aydınlıq gəldiyini bildirib:

"Saburtalo" və "Samqurali" klublarıyla ilkin razılıq əldə olunub. Qarşıdakı günlərdə yoxlama oyunlarıyla bağlı məsələ bəlli olacaq. Dəqiqləşən kimi bu barədə rəsmi səhifələrimiz vasitəsilə ictimaiyyətə məlumat veriləcək".

Xatırladaq ki, Masazır təmsilçisi Bakıdakı hazırlığını 14 iyun başa vurub, bir gün sonra təlim-məşq toplanışının ikinci mərhələsi üçün Gürcüstana yola düşəcək.

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı