“Sabah” 4 legioner gətirməyi planlaşdırır – QULIYEVİN SİYAHISI

5 İyul 2021 20:20 Sabah 1 216
“Sabah” 4 legioner gətirməyi planlaşdırır – QULIYEVİN SİYAHISI

“Sabah”ın baş məşqçisi Ramin Quliyev xidmətində maraqlı olduğu legionerlərin siyahısını müəyyənləşdirib.

Sportinfo.az-ın məlumatına görə, gənc mütəxəssis 4 əcnəbi futbolçunun adını rəhbərliyə təqdim edib.

O, hücumçu, mərkəz müdafiəçisi, vinger və hücumameylli yarımmüdafiəçi alınmasını istəyib.

Masazır təmsilçisi mövsüm başa çatandan sonra Elvin Camalov ("Zirə") və Səlahət Ağayevlə ("Neftçi") güclənib.

Saşa Stamenkoviç, Zurab Oçiqava, Xulio Sezar Rodriges və Bəxtiyar Həsənalızadə ilə müqavilənin müddəti uzadılıb.

Gedənlərin sayı isə daha çoxdur – 13 nəfər: Təmkin Xəlilzadə, Ruslan Abışov (hər ikisi "Zirə"), Elçin Mustafayev ("Keşlə": icarəyə), Dmitro Klots ("Veres", Ukrayna), Eltun Turabov ("Sumqayıt"), Mario Marina ("Slaven", Xorvatiya), Ramil Şeydayev ("Qarabağ"), Məhəmməd Mirzəbəyov ("Səbail"), Amadu Diallo, Alvaro Vilyete, Kevin Kubemba, Elşən Abdullayev, Filip İvanoviç.

Digər Xəbərlər
Xəbər Lenti