“Sabah” yay tətilindən gülə-gülə qayıtdı - FOTOLAR

2 İyul 2021 11:00 Sabah 1 098
“Sabah” yay tətilindən gülə-gülə qayıtdı - FOTOLAR

“Sabah” yeni mövsümün hazırlıqlarına start verib.

Sportinfo.az xəbər verir ki, komanda “Bank Respublika Arena”nın əsas meydançasında ilk məşqinə çıxıb.

Məşq zamanı futbolçular müxtəlif fiziki təmrinləri yerinə yetiriblər.

“Sabah”ın Bakı toplanışı iyulun 14-ə kimi davam edəcək. Ramin Quliyevin çalışdırdığı kollektiv toplanış çərçivəsində iyulun 9-da “Bank Respublika Arena”da “Zirə” ilə yoxlama oyununda qüvvəsini sınayacaq.

Masazır təmsilçisi iyulun 15-də Gürcüstanın Tbilisi şəhərinə yola düşəcək. Yay təlim-məşq toplanışının ikinci mərhələsini əhatə edəcək Tbilisi toplanışı iyulun 29-dək davam edəcək.

Digər Xəbərlər
Xəbər Lenti