“Sabah”ın yola saldığı 12-ci futbolçu Ramil Şeydayev oldu

1 İyul 2021 13:00 Sabah 1 634
“Sabah”ın yola saldığı 12-ci futbolçu Ramil Şeydayev oldu

“Sabah” daha bir futbolçusu ilə yollarını ayırıb.

Sportinfo.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, Ramil Şeydayev yola salınıb.

Ötən ilin əvvəlindən bakılıların formasını geyinən 25 yaşlı hücumçunun başa çatan müqaviləsi yenilənməyib. Şeydayev “Sabah”da keçirdiyi 29 oyunda 6 qola imza atıb.

Ramil “Sabah”ın yay fasiləsində vidalaşdığı 12-ci oyunçu olub.

Ona qədər Təmkin Xəlilzadə, Ruslan Abışov, Dmitro Klots, Eltun Turabov, Mario Marina, Məhəmməd Mirzəbəyov, Amadu Diallo, Alvaro Vilyete, Kevin Kubemba, Elşən Abdullayev və Filip İvanoviç yola salınıb.

Digər Xəbərlər
Xəbər Lenti