"Sabah" Ukraynadan hansı oyunçunun xidmətində maraqlıdır?

30 İyun 2021 11:20 Sabah 1 100
"Sabah" Ukraynadan hansı oyunçunun xidmətində maraqlıdır?

Yay fasiləsinin passiv komandalarından “Sabah” transfer çalışmalarını sürətləndirib.

Sportinfo.az xəbər verir ki, apasport.az-ın əldə etdiyi məlumata görə, Bakı təmsilçisi Ukraynadan daha bir oyunçunun xidmətində maraqlıdır.

Ötən mövsüm həmin ölkədən Zurab Oçiqava və Dmitro Klotsu heyətinə qatan, birincini komandada saxlayan paytaxt klubu bu dəfə “Rux”un gənc yarımmüdafiəçisi Ostap Pritulaya elçi düşüb.

Premyer Liqa təmsilçisi keçən ilin yayında “Karpatı”dan havayı transfer etdiyi 21 yaşlı pleymeykeri satmaq niyyətində deyil.

Ancaq “Rux” rəhbərliyi təcrübə toplaması üçün gənc oyunçunu icarəyə verməyin əleyhinə deyil. Çünki Pritula Lvov klubunda əsas heyətə düşməkdə çətinlik çəkir.

Elə “Sabah” da bu variantı nəzərdən keçirir. Ukraynadan eyni şərtlərlə başqa bir neçə təklifi də olan Pritula ilə maliyyə məsələsində razılıq əldə olunsa, ukraynalı yarımmüdafiəçi birillik icarə əsasında ölkəmizdə çıxış edəcək.

Ostap Pritula 2016-cı ildə Ukraynanın U-16 yığmasında oynayıb.

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"