“Sabah"ın hazırlıq planı: Öncə bizim, sonra qonşu paytaxtda

29 İyun 2021 14:00 Sabah 663
“Sabah"ın hazırlıq planı: Öncə  bizim, sonra qonşu paytaxtda

“Sabah” komandasının yay hazırlıq planı bəlli olub.

Sportinfo.az paytaxt təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, futbolçular iyulun 1-də Bakıda yığışacaq.

Təlim-məşq toplanışının ilk iki həftəsi ölkə daxilində baş tutacaq. İyulun 15-də Gürcüstanın paytaxtı Tbilisiyə yollanacaq “ağ-göylər” iki həftə burada hazırlıq keçəcək.

Bakıda 2, Tbilisidə isə 4 yoxlama matçının keçirilməsi nəzərdə tutulub. Komanda iyulun 9-da “Bank Respublika Arena”da “Zirə” ilə üz-üzə gələcək.

Digər rəqiblər hələ ki, bəlli deyil.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti