"Sabah" Ramil Şeydayevlə yenidən anlaşmaq istəyirmi?

17 İyun 2021 16:00 Sabah 918
"Sabah" Ramil Şeydayevlə yenidən anlaşmaq istəyirmi?

Son ilyarımı "Sabah"da keçirən Ramil Şeydayevin müqavilə si başa çatıb.

Başa çatan mövsüm Premyer Liqada keçirdiyi 25 oyunda 6 qol vurub, 1 məhsuldar ötürmə edən hücumçu burada qalacaqmı?

Sportinfo.az-ın bu barədə sualını Masazır klubunun mətbuat xidmətinin rəhbəri Elnur Həmidov bu cür cavablandırıb:

“Ramil Şeydayevin müqavilə müddəti başa çatıb. Komandada qalıb-qalmayacağı qarşıdakı günlərdə bəlli olacaq. Hələ tam qərar bəlli deyil.

Klubumuz transfer və ya müqavilə müddətinin artırılması məsələlərində tələsmir. Çünki kifayət qədər vaxt var.

Ramillə daim ünsiyyətdəyik, onunla bağlı hər hansı yenilik olsa, bu barədə ictimaiyyətə məlumat veriləcək”.

Digər Xəbərlər
Xəbər Lenti