Azərbaycan millisinin qapıçısının "Sabah"a keçidi rəsmiləşdi - FOTOLAR

14 İyun 2021 14:00 Sabah 1 475
Azərbaycan millisinin qapıçısının "Sabah"a keçidi rəsmiləşdi - FOTOLAR

“Sabah” yay fasiləsində ikinci transferini açıqlayıb.

Klubun rəsmi saytı Sportinfo.az-ın yaydığı xəbəri təsdiqləyərək, Elvin Camalovdan sonra Səlahət Ağayevlə müqavilə bağlandığını elan edib.

“Neftçi”dən yenicə ayrılan 30 yaşlı qolkiper “Sabah”la 1 illik sözləşmə imzalayıb.

Karyerası ərzində MOİK (2010/11), “Keşlə” (2011/12, 2013-2017), “Sumqayıt” (2012/13, 2015/16) və “Neftçi”nin (2017-2021) formasını geyinən Səlahət Ağayev 19 oyunda Azərbaycan millisinin şərəfini qoruyub.

Digər Xəbərlər
Xəbər Lenti