“Sabah” serbiyalı müdafiəçi ilə müqavilə imzalamadı

4 İyun 2021 19:00 Sabah 691
“Sabah” serbiyalı müdafiəçi ilə müqavilə imzalamadı

“Sabah” müqavilə müddəti bitənFilip İvanoviçlə yollarını ayırıb.

Sportinfo.az xəbər verir ki, bu barədə məlumatı klubun mətbuat xidməti yayıb.

Bildirilib ki, 2018-ci ildən komandanın üzvü olan serbiyalı müdafiəçi ilə yeni müqavilə imzalanmayıb.

Filip “Sabah”da 59 oyun keçirib. O, Bakı təmsilçisinin heyətində Saşa Stamenkoviçdən sonra ən çox oyun keçirən ikinci futbolçudur.

“Sabah” bunadək Təmkin Xəlilzadə ("Zirə"), Elçin Mustafayev ("Keşlə": icarəyə), Məhəmməd Mirzəbəyov, Amadu Diallo, Alvaro Vilyete, Kevin Kubemba, Dmitro Klots, Elşən Abdullayev və Ruslan Abışovla da vidalaşıb.

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular