"Sabah" bir klub kimi avrokuboklarda iştirak etməyə layiqdir" - Saşa Stamenkoviç

3 İyun 2021 09:40 Sabah 696
"Sabah" bir klub kimi avrokuboklarda iştirak etməyə layiqdir" - Saşa Stamenkoviç

“Sabah”la yeni müqavilə bağladığıma görə çox şadam. İnanıram ki, birlikdə növbəti mövsümdə qarşımıza qoyulan hədəfə çata biləcəyik".

Bu sözləri Sportinfo.az-a açıqlamasında "Sabah"ın serbiyalı qapıçısı Saşa Stamenkoviç deyib.

Təcrübəli futbolçu yeni baş məşqçinin özəlliklərindən və komandasının gələcək perespektivlərindən də söz açıb:

"Ramin Quliyev gənc və çox perspektivli mütəxəssisdir. Öz məşqçilər heyəti ilə futbolçularla dil tapmağı bacardı və bu da, mövsümün sonunda müsbət nəticələr qazanmağımıza səbəb oldu.

Ümid edirəm ki, bu uğurlu fəaliyyət bundan sonra da davam edəcək. Futbol çox maraqlı oyundu, çünki heç kim sabah nə olacağını dəqiq deyə bilməz.

Ancaq biz nə istədiyimizi dəqiq bilirik. “Sabah” bir klub kimi avrokuboklarda iştirak etməyə layiqdir. İnanıram ki, komandamız vəsiqə qazanacağı halda, Azərbaycanı avrokuboklarda layiqincə təmsil edəcək".

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"