“Sabah”da 1 illik Bəxtiyar

1 İyun 2021 17:20 Sabah 887
“Sabah”da 1 illik Bəxtiyar

“Sabah” daha bir futbolçu ilə müqavilə bağlayıb.

Sportinfo,az xəbər verir ki, Bakı klubu Bəxtiyar Həsənalızadə ilə yeni anlaşma imzalayıb.

Yeni müqavilənin müddəti 1 ildir. 28 yaşlı müdafiəçi ötən ilin dekabrından “Sabah”ın üzvüdür. O, son mövsümdə 8 oyunda şans qazanıb.

“Sabah” Bəxtiyara qədər baş məşqçi Ramin Quliyev, futbolçular Saşa Stamenkoviç, Zurab Oçiqava və Xulio Sezar Rodrigeslə müqaviləni uzadıb. Bakılılar həmçinin Elvin Camalovu transfer edib.

Digər Xəbərlər
Xəbər Lenti