"Sabah"a baş məşqçi təyin olunmağım məsuliyyətimi bir az da artırır"

27 May 2021 15:00 Sabah 627
"Sabah"a baş məşqçi təyin olunmağım məsuliyyətimi bir az da artırır"

"2019-cu ildən "Sabah"dayam. Burda müxtəlif vəzifələrdə çalışmışam.

Bu gün baş məşqçi təyin olunmağım məsuliyyətimi bir az da artırır və klubun gələcək uğurlarında pay sahibi olmaq imkanları yaradır".

Bu sözləri Sportinfo.az-a açıqlamasında "Sabah"a yeni baş məşqçi təyin olunan Ramin Quliyev deyib.

Klub rəhbərliyi mövsümün sonu onunla 2 illik müqavilə imzalanmasına qərar verdi Gənc mütəxəssis uğurlu nəticələr üçün əlindən gələni edəcəyini bildirib:

"Harada, hansı yerdə və ya vəzifədə çalışmağımdan asılı olmayaraq, işimə tam məsuliyyətlə yanaşmışam. Bu gun də rəhbərliyin etimadını doğrultmaq və komanda ilə yaxşı nəticələrə imza atmaq üçün əlimdən gələni edəcəm".

"Sabah" rəhbərliyi başa çatan mövsümün gedişində İspaniyalı mütəxəssis Visente Qomesi istefaya göndərəndən sonra boş qalan postu müvəqqəti olaraq Ramin Quliyevə tapşırmışdı.

Digər Xəbərlər
Xəbər Lenti