Premyer Liqada 10 oyuna çıxdı, 1 illik imza atdı - FOTO

27 May 2021 14:20 Sabah 1 122
Premyer Liqada 10 oyuna çıxdı, 1 illik imza atdı - FOTO

“Sabah”da daha bir futbolçu ilə bağlı qərar verilib.

Sportinfo.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, müdafiəçi Zurab Oçiqava komandada saxlanılıb.

Ukraynalı futbolçu başa çatan müqavilə müddətini daha 1 illik yeniləyib.

26 yaşlı mərkəz müdafiəçisi bu ilin fevralında komandaya qoşulub. O, “Sabah”ın heyətində 10 matçda iştirak edib.

Təmkin Xəlilzadə ilə yollarını ayıran “Sabah” baş məşqçi Ramin Quliyev və qapıçı Saşa Stamenkoviçlə yeni müqavilə bağlayıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
10 İyul 16:30 Çək və bizə göndər!