Premyer Liqanın son turunda «Zirə»yə 2:1 hesabıyla qalib gələn «Sabah» xal ehtiyatını 29-a çatdırdı və Premyer Liqanı 5-ci pillədə bitirdi.
Sportinfo.az-ın məlumatına görə, klub rəhbərliyi bu münasibətlə kollektivi mükafatlandırıb.
«Qartallar» üzərində qələbə Masazır təmsilçisinin futbolçularına 1500 manat qazandırıb.

