"Sabah" rəhbərliyi yeni mövsümə komandanın hansı baş məşqçi ilə başlayacağına qərar verib.
Sportinfo.az-ın məlumatına görə, Masazır təmsilçisi Ramin Quliyevə yola davam edəcək.
Yaxın günlərdə bu təyinatın detalları ictimaiyyətə rəsmi açıqlanacaq.
Gənc mütəxəssis artıq heyətə də əl gəzdirməyə başlayıb. Quliyev 3 futbolçu ilə yollar ayrılmasına qərar verib. Söhbət müqavilələri başa çatan Məhəmməd Mirzəbəyov, Amadu Diallo və Alvaro Vilyetedan gedir.
Xatırladaq ki, İspaniyalı mütəxəssis Visente Qomesin istefaya göndərilməsindən sonra onun səlahiyyətləri müvəqqəti olaraq Ramin Quliyevə tapşırılmışdı.
"Sabah" Quluyevin rəhbərliyi altında 9 oyun keçirib. Bu görüşlərdə 2 məğlubiyyət, 3 qələbə və 4 heç-heçə qeydə alınıb.

