"Sabah" 2 legioner və 1 yerli futbolçu ilə vidalaşdı - FOTOLAR

21 May 2021 17:20 Sabah 1 359
"Sabah" 2 legioner və 1 yerli futbolçu ilə vidalaşdı - FOTOLAR

“Sabah” rəhbərliyi müqavilə müddəti bitən üç futbolçu ilə yollarını ayırıb.

sSportinfo.az-ın klubun rəsmi saytına istinadən xəbər verir ki, bunlar qapıçı Alvaro Vilyete, müdafiəçi Məhəmməd Mirzəbəyov və hücumçu Amadu Diallodur.

Oyunçuların hər birinə xidmətləri qarşılığında təşəkkür edilib, gələcək karyeralarında uğurlar arzulanıb.

Məhəmməd Mirzəbəyov və Amadu Diallo 2019-cu ilin iyunundan "Sabah" formasını geyinirdi. Alvaro Vilyete isə 2020-ci ilin sentyabrında Kolumbiyanın “Patriotas” klubundan mövsümün sonuna kimi icarəyə götürülmüşdü.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti