"Sabah" "5" aldı - FOTOLAR

20 May 2021 19:20 Sabah 709
"Sabah" "5" aldı - FOTOLAR

Azərbaycan Premyer Liqasında 2020/2021 mövsümünün sonuncu - XXVIII turunun oyunları keçirilib.

Sportinfo.az xəbər verir ki, "Zirə" səfərdə "Sabah"a 1:2 hesabı ilə uduzub.

Matçda ilk qolu 21-ci dəqiqədə meydan sahiblərinin heyətində Ramil Şeydayev vurub. "Qartallar" 72-ci dəqiqədə hesabı bərabərləşdiriblər. Penaltidən fərqlənən Qismət Alıyev tarazlığı bərpa edib.

Lakin 89-cu dəqiqədə Masazır təmsilçisi 2-ci topu rəqibin qapısından keçirib. Bu dəfə Xulio Sezar Rodriges keçmiş komandasını cəzalandırıb.

Bu nəticə ilə 38 xalda qalan "Zirə" 4-cü olub. "Sabah" isə 29 xalla 5-ci pillədəki mövqeyini qoruyub.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti