Yığmanın hücumçusu Premyer Liqa klubuna təklif olundu

17 May 2021 19:00 Sabah 1 995
Yığmanın hücumçusu Premyer Liqa klubuna təklif olundu

Azərbaycan millisinin hücumçusu Anatoli Nuriyev Premyer Liqada çıxış edə bilər.

Sportinfo.az-ın məlumatına görə, o,"Minay"dan ayrılmağa hazırlaşır.

Buna səbəb komandanın Ukrayna Premyer Liqasını tərk etməsidir.

Bu mövsüm vurduğu 10 qolla bombardirlər yarışını 3-cü pillədə başa vuran “Sabah”a təklif olunub. Masazır təmsilçisi aylıq 12 min dollar ödəməyə razılıq versə, yığma üzvü 1+1 illik kontrakta imza atacaq.

25 yaşlı forvardın Ujqorod təmsilçisi ilə 2022-ci ilin yayınadək olan müqaviləsində belə bir bənd var ki, klub aşağı liqaya düşəcəyi təqdirdə, oyunçu azad agent statusu alacaq.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!