“Sabah”da fors-major hal: Niyə cəmi 12 futbolçu qalıb?

17 May 2021 15:00 Sabah 1 218
“Sabah”da fors-major hal: Niyə cəmi 12 futbolçu qalıb?

Bu gün Azərbaycan çempionatında nadir hadisə qeydə alınıb.

“Sabah-2” I Divizionun son turu çərçivəsində “Kəpəz”lə Gəncədəki oyuna cəmi 12 futbolçu ilə yollanıb.

Masazır təmsilçisinin yalnız 1 ehtiyat oyunçusu var. Həmin yeganə ehtiyat qüvvə də vaxtilə böyük perspektiv vəd edən, son vaxtlar isə davamlı olaraq zədədən əziyyət çəkən Elşən Abdullayevdir.

Adını protokola yazmağa futbolçu tapmayan “Sabah” çətin vəziyyətə düşə də bilər. Çünki komanda ən yaxşı halda bir əvəzetmə reallaşdırmaq imkanına malikdir.

“Sabah”ın mətbuat xidmətinin rəhbəri Elnur Həmidov yaranmış vəziyyətin səbəbin Sportinfo.az-a belə açıqlayıb:

“Əvəzedici heyətin üzvlərindın bəziləri hazırda U-17 və Gənclər Kubokunda iştirak edən komandalarımızın heyətindədir. Bundan əlavə, zədəli və əsas komandaya cəlb edilən futbolçular da var”.

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”