"Təəssüfləndirən əsas məqam bu oldu" - Ramin Quliyev

14 May 2021 19:50 Sabah 607
"Təəssüfləndirən əsas məqam bu oldu" - Ramin Quliyev

"Oyuna pis başlamadıq. Lakin hesabda iki top fərqi ilə önə keçdikdən sonra komanda bir qədər rahatlaşdı. Bundan sonra rəqib əvvəlcə penaltidən hesab arasındakı fərqi azaltdı, daha sonra isə bərabərlik qolunu vurdu. Oyunun sonlarında iki yüzfaizlik imkanımız da olsa da, dəyərləndirə bilmədik. Bu matçda qalib də gələ bilərdik, uduza da".

Sportinfo.az xəbər verir ki, bu sözləri "Sabah"ın baş məşqçisi Ramin Quliyev səfərdə "Qəbələ" ilə 2:2 hesablı heç-heçə etdikləri Premyer Liqanın 27-ci tur oyunundan sonra mətbuat konfransında deyib.

"Havanın çox isti olması da oyuna təsir etdi. Təəssüfləndirən əsas məqam 2 top fərqi ilə öndə olsaq da, sonda qələbə hesabını qoruyub saxlaya bilməməyimiz oldu" - deyə o bildirib.

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı