"Qarabağ"a ağır məğlubiyyəti unutdurmalıyıq"

12 May 2021 20:20 Sabah 991
"Qarabağ"a ağır məğlubiyyəti unutdurmalıyıq"

"Hazırda özümü yaxşı hiss edirəm. Hər gün bir az da yaxşılaşıram".

Bu sözləri Sportinfo.az-a açıqlamasında "Qarabağ"la oyunun 44-cü dəqiqəsində zədələnərək meydanı tərk edən "Sabah"ın legioneri Tiemoko Fofana deyib.

Fil Dişi Sahilindən olan futbolçu ağdamlılarla oyundakı məğlubiyyətdən də söz açıb: "Bizim üçün ağır məğlubiyyət oldu. Lakin artıq bu oyun arxada qalıb. Qarşıda bizi daha iki matç gözləyir. Həmin oyunlarda yaxşı nəticə qazanmaqla bu məğlubiyyəti unutdurmalıyıq".

"Sabah"ın hücumçusu növbəti mövsüm haqqında isə danışmağın hələ tez olduğunu bildirib: "Növbəti mövsüm barədə danışmaq bir qədər tezdi. Əvvəlcə bu mövsümü başa vurmalıyıq. Sadəcə onu deyim ki, bizim yaxşı komandamız var. Əlbəttə, növbəti mövsüm daha yaxşı nəticə qazana bilərik".

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti