Mahirdən daha bir… MASAZIRDAN FOTOREPORTAJ

10 May 2021 11:20 Sabah 23 982
Mahirdən daha bir… MASAZIRDAN FOTOREPORTAJ

Azərbaycan Premyer Liqasında XXVI tura yekun vurulub.

Sportinfo.az xəbər verir ki, turun son oyununda "Qarabağ" "Səbail"in qonağı olub.

Masazırda "Bank Respublika Arena"dakı qarşılaşma Ağdam klubunun 4:0 hesablı qələbəsi ilə başa çatıb.

Görüşdə bütün qollar ilk hissədə vurulub. Hesabı 28-ci dəqiqədə Abdullah Zubir açıb. 4 dəqiqə sonra Mahir Emreli qüvvətli zərbə ilə fərqi artırıb.

41-ci dəqiqədə Xayme Romero 3-cü topu meydan sahiblərinin qapısından keçirib. İlk yarının əsas vaxtına əlavə olunmuş 3-cü dəqiqədə isə Maksim Medvedev penaltini dəqiq yerinə yetirərək yekun hesabı müəyyənləşdirib.

Bu qələbədən sonra xallarını 54-ə çatdıran "Qarabağ" yenidən liderliyə yüksəlib. "Sabah" isə 25 xalla 5-ci pillədə qalıb.

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”