"Fasilədə futbolçulara söylədim ki, ..." - Ramin Quliyev

9 May 2021 22:50 Sabah 1 094
"Fasilədə futbolçulara söylədim ki, ..." - Ramin Quliyev

"Rəqibi təbrik edirəm. Çox danışmayacağam. "Qarabağ" bütün komponentlərdə üstün idi. Zəif oynadıq. Qarşıdakı matçlara baxacağıq".

Sportinfo.az xəbər verir ki, bu fikirləri "Sabah" klubunun baş məşqçisi Ramin Quliyev evdə "Qarabağ"a 0:3 hesabı ilə uduzduqları Premyer Liqanın XXVI tur oyunundan sonra mətbuat konfransında deyib.

40 yaşlı mütəxəssis bildirib ki, heyətdə itkilərin çox olması çətinlik yaradıb: "Ruslan Abışovun istiliyi olduğu üçün heyətdən kənarlaşdırdıq. Halsızlıq var idi. Amma koronavirusla bağlı problem deyil. Əlimizdəki oyunçulardan istifadə etdik. Oyunumuz alınmadı. Dörd solayaq futbolçumuzun olmaması bizi rotasiyalara məcbur etdi".

Quliyevin sözlərinə görə, ilk hissədən sonra futbolçulara irad bildirib: "Onlara da söylədim ki, zəif oynadıq, döyüşsüz təslim olduq. Əzmkarlıq, istək aşağı səviyyədə idi. Səbəb göstərə bilmərəm. Məğlubiyyəti də həzm etmək lazımdır".

Baş məşqçi komandadakı gələcəyi barədə də danışıb: "Bu, mənə aid sual deyil. Qalmaq istəyərəm. Amma son qərarı rəhbərlik verəcək".

Quliyev Təmkin Xəlilzadənin "Neftçi" ilə anlaşması xəbərinə də münasibət bildirib: "Futbolçuların müqavilələri yayda başa çatır. Hələ qarşıda iki tur var. Təmkin Xəlilzadə də komandanın üzvüdür. Kiminləsə danışıb anlaşmasından xəbərsizəm. Amma istənilən halda xoşagəlməzdir. Diskvalifikasiyasının azaldılmasına gəlincə, düşünürəm ki, milli komandanın futbolçusu olduğu üçün cəzası yüngülləşdirilib".

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"