Premyer Liqa klubu millinin üzvü ilə müqaviləni uzatmır

9 May 2021 09:40 Sabah 1 153
Premyer Liqa klubu millinin üzvü ilə müqaviləni uzatmır

Təmkin Xəlilzadənin 2,5 illik «Sabah» karyerası başa çatmaq üzrədir.

Qış fasiləsində yarımmüdafiəçi ilə müqaviləni 6 ay müddətinə uzadan Masazır təmsilçisi gözlənilən qərarı verib.

Dəfələrlə qırmızı vərəqə alan Təmkin son olaraq «Neftçi» ilə Premyer Liqa matçında meydandan kənarlaşdırılıb. Hakimə sərt etiraza görə vaxtından əvvəl paltardəyişmə otağının yolunu tutan futbolçu öncə AFFA-nın İntizam Komitəsi tərəfindən 4 oyunluq cəza alıb, 3200 manat cərimələnib.

Dünən isə AFFA Apellyasiya Arbitraj Tribunalı onun məsələsinə yenidən baxıb. "Sabah"ın verdiyi apellyasiya şikayəti təmin edilib.

AFFA İntizam Komitəsindən (İK) Premyer Liqanın XXIV turunda "Neftçi" ilə oyundakı davranışa görə Xəlilzadəyə verilən 4 oyunluq cəza 2 matça və 2 şərti oyun cəzası ilə əvəz edilib.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti