"Sabah"ın yüksəlişinə "Sumqayıt" da mane ola bilmədi - FOTOREPORTAJ

5 May 2021 11:20 Sabah 505
"Sabah"ın yüksəlişinə "Sumqayıt" da mane ola bilmədi - FOTOREPORTAJ

Azərbaycan Premyer Liqasında XXV turun son oyunu keçirilib.

Sportinfo.az xəbər verir ki, "Kapital Bank Arena"da "Sumqayıt" "Sabah"ı qəbul edib.

Baş hakim Kamal Umudlunun idarə etdiyi görüş qonaqların qələbəsi ilə yekunlaşıb - 2:0.

Hesabı 40-cı dəqiqədə Mario Marina açıb. 69-cu dəqiqədə Tiemoko Fofana "Sabah"ın ikinci qolunu vurub. 85-ci dəqiqədə isə Cəmaləddin Xocaniyazov qırmızı vərəqə alaraq, "Sumqayıt"ı azlıqda qoyub.

Beləliklə, "Sabah" xallarını 25-ə yüksəldərək, 5-ci pilləyə qalxıb. "Sumqayıt" isə 33 xalla ötən turla müqayisədə 4-cü yerə enib.

Digər Xəbərlər
Xəbər Lenti