"Sabah"dan Ozan Can açıqlaması Hollandiya klubunda qalır?

1 May 2021 20:20 Sabah 906
"Sabah"dan Ozan Can açıqlaması Hollandiya klubunda qalır?

"Sabah” Futbol Klubu və Niderlandın “Telstar” klubu arasında Ozan Can Kökcüyə görə bağlanmış icarə müddəti mövsümün sonu başa çatır.

Görəsən, hazırda klublar arasında danışıqlar hansı istiqamətdə aparılır? Ümumiyyətlə, Kökçünün yeni mövsüm karyerasını "Sabah"da davam etdirmək perespektivi varmı?

Klubun mətbuat xidmətinin rəhbəri Elnur Həmidov sualların cavabı olaraq Sportinfo.az-a bunları dedi: "Ozan hazırda icarə əsasında "Telstar"da çıxış edir. İcarə müqaviləsi cari mövsümün sonunda başa çatacaq. Digər məsələlərə mövsüm başa çatdıqdan sonra aydınlıq gələcək".

Xatırladaq ki, Telstar” II Liqada 36 turdan sonra 41 xalla 13-cü sıradadır.

Digər Xəbərlər
Xəbər Lenti